Nyu-Yorkun “Comex” birjasında ticarət zamanı gümüşün bir unsiyasının dəyəri 12,8% artaraq Bakı vaxtı ilə saat 12:12-də 30,35 ABŞ dollarına yüksəlib.
FED.az-ın məlumatına görə, gümüşün qiyməti 2013-cü ilin fevral ayından etibarən ilk dəfədir 30 dollar səviyyəsini keçib. Saat 12:34-də gümüşün dəyəri 29,79 dollara düşüb (+10,7%).