21 fevralda Göyçay şəhəri, sənaye zonasında “Göyçay-Süd” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər veriri ki, toplantıda aşağıdakı məsələlər müzhakirə ediləcək.
1. “Göyçay-Süd” ASC səhmdarının dəyişməsi ilə əlaqədar dəyişikliyin qeydiyyata alınması.
2. Səhmdarın dəyişməsi ilə əlaqədar “Göyçay-Süd” ASC-nin nizamnaməsinə dəyişikliyin edilməsi və dəyişiklik layihəsinin təsdiqlənməsi.
3. Dəyişikliyin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin təyin olunması və müvafiq qeydiyyat orqanına müraciət edilməsi.