28 iyun 2024-cü il saat 11.00-da “Goranboy ƏT” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Goranboy şəhəri, S.9urğun küçəsi 92 nömrəli ünvanda baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib
1. Cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid hesabatın müzakirəsi və təsdiqi.
2. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Əlaqə telefonu-055-226-24-24.