«Google»un sahibi olan Alphabet şirkəti də bazar dəyərini 2 trilyon dollara çatdıraraq «Apple» və «Microsoft»dan sonra 2 trilyon dollarlıq şirkətlərin «Elit klubu»na qoşulub.
FED.az xəbər verir ki, ABŞ şirkətləri ilə yanaşı, 2 trilyon dollarlıq həddi Səudiyyənin «Saudi Aramco» neft şirkəti də keçib.
«Alphabet»in açıqladığı hesabata əsasən 3-cü rübdə şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz artaraq 65,1 milyard dollar olub. Bu - son 14 ildə şirkətin ən yüksək rüblük gəliridir. 2020-ci ilin eyni dövründə 46,2 milyard dollar gəlir əldə etmişdi. «Alphabet»in xalis mənfəəti də üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 68,4 faiz artaraq 18,9 milyard dollara yüksəlib, ötən il isə xalis mənfəət 11,2 milyard dollar olmuşdu.
Hazırda birjada «Google»nun səhmlərinin qiyməti 2 980 dollar təşkil edir. Son bir ayda səhmlər 7,2% və ya 202 dollar, son 6 ayda isə 690 dollar və ya 30% yüksəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.