25 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin tədavül müddəti 5 il (1 il-360 gün) təqvim günü, nominal dəyəri 1 000 manat olan AZ2012020288 dövlət qeydiyyat nömrəli, 1,3 milyon manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 20 investor tərəfindən 20 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə hər ayda (1 ay -30 gün) bir dəfə təşkil edir.
Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 156 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də1 milyon 156 min manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.