11 mart 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin (Sizin Lombard) AZ2017020283, dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 500 min həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 5 il təqvim günü, nominal dəyəri 1000 manat olan, yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min manat, nominal qiymətlə yerləşdirilmiş həcmi də 500 min manat təşkil edib.
İstiqrazların illik faiz dərəcəsi 12%, faiz ödəniş dövrü isə hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) təşkil edir.
İstiqrazların ödəmə tarixi 11 mart 2029-cu ildir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.