9 iyul 2024-cü il saat 16.00-da “Gəncə Yol Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023-cü ilin maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00- dan 17.00-dək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda, qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.
Bildirilir ki, ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaq.
Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında özləri, yaxud notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi iştirak edə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.