1 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Finca Azərbaycan" QBKT MMC -nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 15 mart 2022-ci il tarixində "FİNCA AZƏRBAYCAN" QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 3000 ədəd, hər birinin nominal dəyəri 1000 manata, illik faiz dərəcəsi 12,5%, tədavül müddəti 2 il, faizlərin ödəniş müddəti hər 3 aydan birdir.