Dünən fond bazarlarında müşahidə olunan dinamika investorların əhval-ruhiyyəsini daha da optimistləşdirib.
Bitcoin 94 min dolları aşdı və yüksəlməyə davam edir
FED.az xəbər verir ki, texnologiya sektorunda müşahidə olunan genişmiqyaslı bahalaşma bazarın ümumi göstəricilərinə də müsbət təsir edib. Ən çox bahalaşan səhm Tesla şirkətinə məxsus olub. Şirkətin səhmləri 9,80% artaraq 284,95 dollara yüksəlib. Bu nəticə bazarda Tesla-ya olan inamın artdığını və elektromobil sektorunda yenidən aktiv marağın yarandığını göstərir
İkinci ən güclü artım NVIDIA səhmlərində qeydə alınıb. Şirkətin səhmləri 4,30% bahalaşaraq 111,01 dollara çatıb. Süni intellekt və texnoloji yeniliklər sahəsində əldə olunan uğurlar NVIDIA-nın investorlar üçün cazibədarlığını artırıb
Meta Platforms da günü güclü artımla başa vurub. Şirkətin səhmləri 2,65% bahalaşaraq 547,27 dollar olub.
Amazon.com (+1,31%), Alphabet (Google) (+1,47%) və Microsoft (+1,17%) kimi digər texnologiya nəhəngləri də günü müsbət dəyişikliklərlə bağlayıb. Bu isə sektor üzrə ümumi bahalaşmanın struktur xarakter daşıdığını təsdiqləyir
Apple səhmləri də 0,44% bahalaşaraq 209,28 dollar səviyyəsinə çatıb.
Berkshire Hathaway (-0,13%), Visa (-0,16%) və Johnson & Johnson (-0,23%) isə günü kiçik dəyər itkiləri ilə tamamlayıb. Bu azalma ümumi müsbət fonu dəyişməsə də, bəzi sektorların daha zəif performans göstərdiyinin siqnalıdır.
Ümumi mənzərəyə baxdıqda, bazarda 7 şirkətin səhmi bahalaşıb, yalnız 3 şirkətin səhmlərində kiçik enişlər müşahidə olunub. Bu da fond bazarında texnologiya sektorunun liderliyi ilə optimist ab-havanın davam etdiyini göstərir.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
209,28 |
+0,44 |
2 |
Amazon.com |
188,99 |
+1,31 |
3 |
Meta Platforms |
547,27 |
+2,65 |
4 |
Berkshire Hathaway |
530,96 |
-0,13 |
5 |
Visa |
335,17 |
-0,16 |
6 |
Johnson & Johnson |
154,58 |
-0,23 |
7 |
Microsoft |
391,85 |
+1,17 |
8 |
Alphabet (Google) |
163,85 |
+1,47 |
9 |
Tesla |
284,95 |
+9,80 |
10 |
NVIDIA |
111,01 |
+4,30 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür