Qlobal fond bazarlarında dünənin bağlanış nəticələri texnologiya və maliyyə sektorlarında yüngül, lakin ümidverici bahalaşmaları üzə çıxarıb.
Bitcoin 95 min dollara çata bilmir - SON QİYMƏT
FED.az xəbər verir ki, ən çox bahalaşan səhm Tesla-ya məxsus olub. Şirkətin səhmləri 2,15% artaraq 292,03 dollar səviyyəsinə çatıb.
Visa səhmləri də günü 1,19% artımla 341,52 dollar səviyyəsində tamamlayıb. Bu, maliyyə sektorunun da texnologiya qədər stabil irəliləyə bildiyini sübut edir
Meta Platforms 0,85%, Microsoft 0,74%, Berkshire Hathaway 0,68% və Apple 0,51% bahalaşma ilə bazarda müsbət əhval yaradıb. Bu şirkətlər texnologiya və investisiya sahəsindəki güclü mövqelərini qorumağa davam edir
Maraqla qarşılanan digər artım NVIDIA səhmlərində olub. Şirkət səhmləri 0,27% bahalaşaraq 109,02 dollara çatıb.
Johnson & Johnson səhmlərində 0,36% artım qeydə alınıb, səhiyyə sektorunun daha stabil və az dəyişkən bir sahə olduğunu bir daha göstərib
Digər tərəfdən, Amazon.com və Alphabet (Google) günü mənfi nəticə ilə bağlayıb. Amazon-un səhmləri 0,17%, Alphabet-in səhmləri isə 0,22% ucuzlaşıb.
Ümumilikdə 10 şirkətdən 8-i günü bahalaşma ilə tamamlayıb, yalnız 2 şirkətdə kiçik faizli ucuzlaşma müşahidə olunub. Bu isə fond bazarında ümumi optimist atmosferin davam etdiyini göstərir
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
211,21 |
+0,51 |
2 |
Amazon.com |
187,39 |
-0,17 |
3 |
Meta Platforms |
554,44 |
+0,85 |
4 |
Berkshire Hathaway |
534,57 |
+0,68 |
5 |
Visa |
341,52 |
+1,19 |
6 |
Johnson & Johnson |
155,91 |
+0,36 |
7 |
Microsoft |
394,04 |
+0,74 |
8 |
Alphabet (Google) |
162,06 |
-0,22 |
9 |
Tesla |
292,03 |
+2,15 |
10 |
NVIDIA |
109,02 |
+0,27 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.