Martın 3-də dünyanın aparıcı şirkətlərinin səhmləri kəskin ucuzlaşmışdı. Lakin dünən bəzi nəhənglər bu itkiləri kompensasiya edərək qiymətlərini yüksəldə bildi. Bununla belə, ümumi mənzərə göstərir ki, bazarda hələ də qeyri-müəyyənlik davam edir. Xüsusilə texnologiya sektorunda fəaliyyət göstərən şirkətlərin səhmləri qiymət artışına keçə bilmir.
Bitcoin hələ də 90 min dolların altındadır - SON QİYMƏT
FED.az xəbər verir ki, martın 4-də ən çox bahalaşan şirkət səhmi NVIDIA şirkətinə məxsus səhm oldu. Şirkətin səhmləri 1,69% dəyər qazanaraq 115,99 dollara yüksəldi. Bu, son dövrlərdə süni intellekt və çip sektoruna olan böyük maraqla izah edilə bilər. Digər tərəfdən Alphabet (Google) səhmləri də 1,34% bahalaşaraq 172,61 dollara çatdı, Microsoft isə cüzi artımla 388.61 dollara yüksəldi.
Bunun əksinə olaraq, ən çox dəyər itirən şirkət səhmi Tesla oldu. Onun səhmləri 4,43% geriləyərək 272,04 dollara düşdü. Meta Platforms (-2,30%), Berkshire Hathaway (-2,79%) və Visa (-2,65%) kimi nəhənglər də dəyər itirdi.
Ümumilikdə, bazarda böyük qeyri-müəyyənlik müşahidə edilir. NVIDIA kimi bəzi texnologiya şirkətləri möhkəmlənməyə davam etsə də, Tesla və Meta kimi liderlərin ucuzlaşması, investorların sektora ehtiyatla yanaşdığını göstərir.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
235,93 |
-0,88 |
2 |
Amazon.com |
203,80 |
-0,60 |
3 |
Meta Platforms |
640,00 |
-2,30 |
4 |
Berkshire Hathaway |
495,86 |
-2,79 |
5 |
Visa |
352,23 |
-2,65 |
6 |
Johnson & Johnson |
165,42 |
-1,11 |
7 |
Microsoft |
388,61 |
+0,03 |
8 |
Alphabet (Google) |
172,61 |
+1,34 |
9 |
Tesla |
272,04 |
-4,43 |
10 |
NVIDIA |
115,99 |
+1,69 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.