Noyabrın 24-də Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) Ümumi Yığıncağı keçirilib.
FED.az xəbər verir ki, yığıncaqda Milli Depozit Mərkəzinin əməkdaşları da iştirak edib. Tədbirdə Assosiasiyasının 2017-ci ildəki fəaliyyəti üzrə hesabatının və saytının yenilənmiş versiyası təqdim olundu və “Strateji Yol Xəritəsi”nə uyğun təkliflər ətraflı müzakirə edilib. Qeyd edək ki, əsas məqsədi qiymətli kağızlar bazarının iştirakçılarının səmərəli peşəkar fəaliyyətini təmin edilməsi olan,Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi 2007-ci ildə yaradılmışdır. Assosiasiyanın üzvlüyünə Milli Depozit Mərkəzi daxil olmaqla qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.
Fond Bazarı iştirakçılarının yığıncağı keçirilib
12:09
27 Noy 2017