FED.az BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı qiymətli kağızların hərrac qiyməti 1001,9167 AZN olub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 milyon 40 min 250,7 manat təşkil edib.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000 manat olub.
Onu da qeyd edək ki, qiymətli kağızların ödəmə tarixi 09 aprel 2041-ci ildir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir