24 yanvar 2023-cü il tarixində “Finex Kredit” BOKT ASC-nin Bakı şəhəri, S.Rüstəm küçəsi 11 nömrəli ünvanda yerləşən baş ofisində səhmdarların illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə 2022-ci ilin yekunlarının müzakirəsi, 2022-ci ilin maliyyə yekunlarının müstəqil auditor tərəfindən aparılmış auditinin nəticələrinin təsdiqi, 2023-cü il üzrə şirkətin inkişaf perspektivləri və digər məsələlər aiddir.