Martın 15-də “Finca Azərbaycan” QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
BFB-dən FED.az-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 3 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 12,5 faiz, tədavül müddəti 2 ildir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Qeyd edək ki, martın 1-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "Finca Azərbaycan" QBKT MMC-nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.