“Finca Azerbaycan” BOKT 3 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır.
FED.az xəbər verir ki, Bakı Fond Birjasından (BFB) verilən məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 min manat olan 3 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirlilik 12,5% təşkil edəcək. Faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.
1999-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınmış “Finca Azerbaycan” BOKT riteyl və mikrokreditləşmə bazarında əməliyyatlar həyata keçirir. Təşkilatın nizamnamə kapitalı 3 milyon 756,572 min manata bərabərdir, yeganə təsisçisi “Finca Microfinance Cooperatief U.A.” şirkətidir (Niderland). 2020-ci ilin sonuna BOKT-un aktivləri 26,2 milyon manat, kapitalı 15,5 milyon manat məbləğində qiymətləndirilir. Ötən ilin yekunları üzrə təşkilatın vergi ödənilənədək mənfəəti 734 min manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.