“Finca Azerbaijan” Qeyri-Bank Kredit təşkilatı MM ümumilikdə 6 milyon manat olan faizli borc cəlb edəcək.
FED.az bu barədə BOKT-nin Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.
Məlumata görə söhbət hər birinin nominal dəyəri 100 manat olan 60 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların buraxılmasından gedir.
“Finca Azerbaijan” istiqrazları 15 faiz illik gəlirliliklə təklif edir və tədavül müddəti üç il olaraq nəzərdə tutulur.
Təklififin əsas səbəbi Təşkilatın əsas fəaliyyəti hesab olunan mikrokreditlərin verilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi və mənfəətin əldə edilməsidir.
Anderrayter - “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.