14 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 25 yanvar 2022-ci il tarixində “Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 5000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 11,5%, faizlərin ödəniş müddəti 1 aydan bir, tədavül müddəti 12 aydır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.