25 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin tədavül müddəti 12 (on iki) təqvim ayı olan AZ2009022289 dövlət qeydiyyat nömrəli, 5 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjadan FED.az-a daxil olmuş məlumata görə, hərrac zamanı 12 investor tərəfindən 12 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 5 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 5 milyon manat təşkil etdib.
İstiqrazın illik faiz dərəcəsi 11.5 % , faiz ödənişləri 1 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların ödəmə tarixi 25 yanvar 2023-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.