9 oktyabr tarixində Bakı Fond Birjasında (BFB) «Ferrum Kapital» MMC-nin ümumi dəyəri 2,5 milyon manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərac keçiriləcək.
FED.az xəbər verir ki, yerləşdirmə rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Eləcə də bax: “Ferrum Kapital” təşkilati-hüquqi formasını - DƏYİŞİR
Qeyd edək ki, «Ferrum Kapital»ın istiqrazlarının mülki hüquq münasibətlərində zamini qismində onun əsas səhmdarı olan “AQA Şirkətlər Qrupu” çıxış edir. Əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək.
İstiqrazların emissiya prospekti BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2002022286 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
2500 (ədəd) |
1000 manat |
12.5 % |
1 il |
Hər aydan (30 gün) bir |
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.