ABŞ-ın Federal Rezerv Sistemi (FED) faiz qərarını açıqlayıb.
FED.az xəbər verir ki, ABŞ maliyyə bazarlarının requlyatoru uçot dərəcəsini daha 0,25% artıraraq 4,75-5%-ə qaldırıb.
Nəticədə hazırda uçot dərəcəsi son 16 ildə, yəni 2006-cı ildən bəri ən yüksək səviyyədədir. O vaxt faiz dərəcəsi 5,25%-ə yüksəlmişdi.
Qeyd edək ki, FED faizləri artıq ardıcıl olaraq 9-cu dəfədir ki artırır və bu dəfəki artım da gözlənilən idi. Bununla yanaşı, indiki qərardan 1 həftə əvvəl ABŞ-da baş böhranı baş vermiş, 2 bank bağlanmışdı.
Bankların çökməsinin səbəblərindən biri də faiz dərəcələrinin artımı ilə bağlı olmuşdu.
Nəticədə FED-in faiz qərarı ilə bağlı bazar gözləntiləri ABŞ-dakı bank iflaslarından sonra alt-üst olmuşdu.
Hətta bank sektorunda yaşanan hadisələrdən sonra FED-in faiz artımlarına fasilə verə biləcəyi gözlənilirdi. Amma yüksək inflyasiya göstəriciləri FED-i artımları davam etdirməyə həvəsləndirdi.
FED-in verdiyi açıqlamada faiz artırma qərarının yekdilliklə qəbul edildiyi bildirilib.
Elan edilib ki, Federal Açıq Bazar Komitəsi (FOMC) uzun vədədə maksimum məşğulluq və yüzdə 2 inflyasiyaya nail olmağı hədəfləyir, fvizlərin artımına davm etməsi də bununla bağlıdır.