«Facebook» sosial şəbəkəsinin çökməsi nəticəsində onun sahibi Zukerberq 6 milyard dollardan artıq pul itirib.
FED.az xəbər verir ki, «Facebook» və ona bağlı olan digər iki şəbəkənin – «İnstagram» və «Whatsapp»ın işində yaranan problemlər səbəbindən şirkətin səhmləri 5%-dən çox ucuzlaşıb.
«Nasdaq» birjasında «Facebook»un səhmləri 5,52% azalaraq 344 dollardan 325 dollara enib.
Nəticədə Mark Zukerberqin öz sərvəti də təqribən 5% və ya 6,3 milyard dollar azalaraq 116,4 milyard dollara düşüb.
Nəticədə o dünyanın ən varlı adamları siyahısında 5-ci yerdən 6-cı yerə düşüb. Onu «Oracle» şirkətinin sahibi Larri Ellison qabaqlayıb ($117,8 mlrd).