“Visa İnc.”, “MasterCard İnc.”, “PayPal Holding İnc.” Kimi ödəniş sistemi operatorları, həmçinin taksi və yemək çatdırmaq xidmətləri göstərən “Uber Technologies İnc.” vs. bəzi iri şirkətlər “Facebook”un gələn həftə təqdim, gələn ildən də tətbiq etmək niyyətində olduğu kriptovalyutasını dəstəkləyərək “Libra” adı veriləcək həmin valyutanı idarə edəcək konsorsiuma hərəyə 10 milyon dollaradək vəsait qoyacaqlar.
Eləcə də bax: Bitkoin bahalaşmaqda davam edir – SON QİYMƏT
FED.az-ın məlumatına görə, “Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, “Libra” istifadəçiləri onunla on-line bazarlıq zamanı ödəniş edəcək, həmçinin kriptovalyutanı bir-birinə ötürəcəklər.
Hazırda “Libra”nı dəstəkləyən 10-dan artıq nüfuzlu şirkətin olduğunu bildirən mənbələrin dediyinə görə danışıqlar hələlik davam edir və “Libra Assotiation” adı verilən konsorsiumun tərkibi daha da genişlənə bilər.