“Meta” şirkəti 2018-ci ildən bəri ilk dəfə “Facebook” sosial şəbəkəsində kriptovalyuta layihələrinin reklamına icazə verib. Vurğulanır ki, kriptovalyuta landşaftı hökumət qaydaları sayəsində son illərdə dəyişib və sabitləşib.
Eləcə də bax: Dünyanın ilk kriptovalyuta şəhəri - TİKİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Biz qəbul etdiyimiz tənzimləyici lisenziyaların sayını genişləndirməklə kriptovalyuta reklamlarını platformamızda göstərməyi asanlaşdırdıq”, – deyə şirkət qeyd edib.
İndi 27 lisenziyadan birinə sahib olan təşkilatlar reklam yerləşdirə biləcək. Əvvəllər bunun üçün ən az üç lisenziya tələb olunurdu.
“Retina” şirkətinin baş direktoru Emad Hasan hesab edir ki, kriptovalyuta təşkilatlarının sosial şəbəkədə tanıtımı blokçeyn sənayesinə müsbət təsir göstərəcək və daha çox müştəri cəlb etməyə kömək edəcək.
2019-cu ildə “Facebook” özünün virtual valyutası olan “Libra” üçün “Calibra” proqram təminatını təqdim etmişdi. Token 2020-ci ilin əvvəlində işə salınmalı idi, lakin sosial şəbəkənin planları tənzimləyicilərin diqqətini çəkdi. “Libra” şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı zəif reputasiyasına görə səlahiyyətlilərin təzyiqi ilə üzləşdi. Bundan əlavə, tənzimləyicilər kriptovalyutanın çirkli pulların yuyulması və digər cinayət məqsədləri üçün istifadə olunacağından ehtiyat edirdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.