Birja

“European Tobacco Baku” ASC-nin səhmləri yığılır – QİYMƏT

“European Tobacco Baku” ASC-nin səhmləri yığılır – QİYMƏT | FED.az
16:30 13 İyun 2019
Azərbaycanın ən böyük sənaye müəssisələrindən biri olan “European Tobacco Baku” ASC-nin təkrar bazardakı səhmləri sürətlə artır. FED.az xəbər verir ki, ilin əvvəlindən bəri Bakı Fond Birjasında ( BFB) adı çəkilən şirkətin səhmləri üzrə 60 dəfə əməliyyat aparılıb. Bu bütün şirkətlər arasında ən yüksək göstəricidir.

Eləcə də bax: "Bakı Fond Birjası"nın xalis mənfəəti - KƏSKIN ARTIB


Xatırladaq ki, “European Tobacco Baku” nun səhmlərinin nominal qiyməti 20 manat olsa da birjada 40 manatdan ticarət olunur. İstisna deyil ki, birjadan kənar bazarda səhmlərin qiyməti daha yüksəkdir. Şirkət səhmləri ilə əməliyyatlara nəzər saldıqda məlum olur ki, onların əksaəriyyəti 28 və 7 səhmlik paketlərdən ibarətdir. Həmin paketlər müvafiq olaraq 1120 manat və 280 manat qiymətlə satılıb.

Paketlərin əksəriyyətinin eyni saydan ibarət olması göstərir ki, əməliyyatlar vaxtı ilə şirkətin özəlləşdirilməsi zamanı səhmlərin bir hissəsinə sahib olmuş kiçik səhmdarların səhm paketləri ilə aparılır. Diqqət çəkən odur ki, “European Tobacco Baku” nun səhmləri ilə aparılan əməliyyatlar ilin əvvəlindən indiyədək səngiməyən aktivliklə davam edir.

 

Digər xəbərlər