Böyük Britaniya və Sinqapur tədqiqatçıları Ethereum blockchain-in 34200 smart müqaviləsinin qüsurlarından danışan məlumat yayımladılar. Bu məlumat Motherboard-un da marağına səbəb oldu.
Tədqiqatçılar smart müqavilələr ilə müxtəlif ssenariləri həyata keçirtmək üçün Ethereum blockchain-ni yükləyiblər. Onlar bir milyondan çox smart müqaviləni araşdırmış və 34200 qüsurlu müqavilə aşkar etmişdirlər. Fərziyyə təqribən 3000 müqavilə üzərində sınaqdan keçirilmiş və 89% halda mənfi nəticələr əldə olunmuşdur. Nəzəri olaraq, onlar 6 milyon dollar oğurlaya bilərdilər.
Xatırladaq ki, daha öncə AIN.UA-in verdiyi məlaumata görə, hakerlər minlərlə kompyuteri Monero miner-i ilə yoluxdurduqları üçün 3 milyon dollardan artıq pul qazanmışdılar.Tədqiqatçılar qüsurlu smart müqavilələrin yaradıcılarını tapmağa cəhd ediblər, lakin onların cəhdləri müsbət nəticə verməyib. Motherboard bildirir ki, tədqiqatçılar hansı müqavilələrdə qüsurların olduğunu bildirmirlər, buna görə də pullar hələ təhlükəsizlikdədir.