ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) birbaşa kriptovalyutalara investisiya edəcək “Bitcoin spot ETF”lərin istifadəyə verilməsini təsdiqləyib. Qərar bütün kriptovalyuta bazarı üçün çox vacibdir.
Pulu hara yatırmalı? - Bakı Fond Birjasında - Ən gəlirli manat istiqrazları - QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, son həftələrin rallisindən sonra “Bitcoin”in artım potensialı tükənib. Onu ikinci ən populyar kriptovalyuta, “Ethereum” əvəz edib.
Son 24 saat ərzində efir 9% bahalaşaraq 20 ayın ən yüksək səviyyəsinə çatıb. Və ilin əvvəlindən dinamikasına görə “Bitcoin”i geridə qoyub.
Bu, ilk növbədə, spot ETF-lərin və efirin sürətlə təsdiqlənməsinə olan ümidlərlə bağlıdır. “BlackRock”, “VanEck” və “Invesco” kimi investisiya şirkətləri bu cür fondlar açmağı planlaşdırır. “Bloomberg” qeyd edir ki, “Bitcoin”dən fərqli olaraq, “Ethereum”un “daxili” “staking” opsiyası var.
“JP Morgan” analitiklərinin fikrincə, qısa müddətdə kriptovalyuta ETF-lərinin meydana çıxması kriptovalyuta birjalarının (məsələn, “Coinbase”) biznesinə müsbət təsir göstərəcək. Lakin orta müddətli perspektivdə kriptovalyuta modelinin özü üçün təhlükə var, çünki yeni investorlar birbaşa kriptovalyutalara investisiya etməyi tamamilə dayandıra bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.