Birja

Ərəb şahzadə “Snapchat”ın səhmlərini aldı

Ərəb şahzadə “Snapchat”ın səhmlərini aldı | FED.az
00:17 9 Avq 2018

Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, milyarder iş adamı Şahzadə Vəlid bin Talal Bin Əbdülǝziz məşhur sosial  media platformalardan “Snapchat” şirkətinin   sǝhmlǝrinin 2,3 faizini alıb. FED.az xəbər verir ki, şahzadə bunun üçün 250 milyon dollar ödəyib.

Eləcə də bax: Dünyanın ən məşhur 10 şirkətinin - SƏHMLƏRİNİN QİYMƏTİ

O, “Snapchat”ın dünyada ən innovativ sosial media platformalarından biri olduğunu, potensialını genişləndirməyə başladığına inandığını və onun bir parçası olmaqdan xoşbəxt olduğunu deyib.

Hazırda Vəlid bin Talal Bin Əbdülǝziz “Snapchat”ın ən böyük sǝhmdarlarından birinə çevrilib.

Qeyd edək ki, bu məqalədə sadalanan, eləcə də istənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.

Digər xəbərlər

Banner