Birja

Ən nadir sikkələrdən biri - $2 MLN. QİYMƏTİNƏ- HƏRRACA ÇIXARILDI

Ən nadir sikkələrdən biri - $2 MLN. QİYMƏTİNƏ- HƏRRACA ÇIXARILDI | FED.az
12:05 15 Okt 2019

Dünyanın ən nadir sikkələrdən biri eramızın 723-cü il tarixli qızıl dinardır. Qədim sikkə İngiltərədə hərraca çıxarılacaq. “Daily Mail” in verdiyi məlumata görə, lotun ilkin qiyməti 1,6 milyon funt sterlinqə (2,02 milyon dollar) çatır.

FED.az Banker.az-a istinadən xəbər verir ki, hal-hazırda dünyada bu sikkələrin sayı ona yaxındır. Və bu, hərraca çıxarılan ikinci sikkədir.

“Bu sikkə möhtəşəmdir. O, mühüm tarixi sənəddir”, – deyə islam sikkələri üzrə ekspert olan Stiven Lloyd bildirib.

Sikkənin üzərindəki mətn “Sadiqlərimin komandiri” kimi tərcümə olunur.

İngiltərədə keçiriləcək hərrac oktyabrın 24-ü baş tutacaq.

Digər xəbərlər

Banner