2025-ci ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın investisiya şirkətlərinin əməliyyatlarının sayına görə göstəriciləri açıqlanıb.
FED.az xəbər verir ki, birja əməliyyatlarının sayına görə "ABB İnvest İnvestisiya Şirkəti" QSC liderlik edir. Şirkət 19 699 əməliyyat həyata keçirərək bu sahədə ən aktiv oyunçu olduğunu sübut edib.
İkinci yerdə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb. Şirkət 6 535 əməliyyatla bazarda əhəmiyyətli bir paya sahibdir.
Əməliyyatların sayına görə növbəti yerləri "Unicapital İnvestisiya Şirkəti" ASC (5 845 əməliyyat), "Troni İnvestisiya Şirkəti" QSC (4 956 əməliyyat) və "CPM-FİNANS İnvestisiya Şirkəti" QSC (2 218 əməliyyat) tutur. Bu şirkətlər də bazarda yüksək aktivlik nümayiş etdirirlər.
Digər aktiv iştirakçılar arasında "Capital Partners İnvestisiya Şirkəti" QSC (1 350 əməliyyat), "İnvest-Az İnvestisiya Şirkəti" QSC (1 312 əməliyyat) və "Assist Finance İnvestisiya Şirkəti" ASC (1 311 əməliyyat) yer alır.
Daha az əməliyyat sayı ilə qeydə alınan şirkətlər isə "İnno Kapital İnvestisiya Şirkəti" ASC (965 əməliyyat), "Xalq Kapital İnvestisiya Şirkəti" QSC (118 əməliyyat), "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC (86 əməliyyat) və "MFX Trading İnvestisiya Şirkəti" (62 əməliyyat) olub. ASC "Xalq" Bankı isə cəmi 3 əməliyyat həyata keçirib.