Bakı Fond Birjası 2025-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat sayını açıqlayıb.
FED.az Bakı Fond Birjasının açıqladığı məlumatlar əsasında investisiya şirkətlərinin əməliyyat sayına görə renkinqini təqdim edir.
BFB-nin məlumatına görə əməliyyat sayı üzrə ən yüksək göstərici "ABB İnvest İnvestisiya Şirkətində"dir - 15 951 əməliyyat.
"Unicapital İnvestisiya Şirkəti"ndə əməliyyat sayı 4 742 olub.
"PAŞA Kapital İnvestisiya Şirkəti"nin əməliyyat sayı 4 660 təşkil edib.
4-cü yerdə 4 001 əməliyyat sayı ilə "Troni İnvestisiya Şirkəti" qərarlaşıb.
"CPM-İnvest İnvestisiya Şirkəti" 1 481 əməliyyat sayı ilə 5-ci olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.