Rusiya prezidenti Vladimir Putinin Krımda imza atdığı layihəsi olan Kerç körpüsünün partladılması və ardınca Rusiyanın Ukraynanın bir çox şəhərinə raket hücumları enerji və ərzaq bazarlarında tarazlığın yenidən sarsılmasına səbəb olur.
Rusiyanın Ukraynaya növbəti hava zərbələri buğdanın qiymətini - BAHALAŞDIRIB
FED.az xəbər verir ki, Kiyev administrasiyasının Rusiyanın onun enerji infrastrukturuna hücumundan sonra elektrik enerjisi ixracını dayandıracağı barədə bəyanatı bazar ertəsi Avropada qazın qiymətini artırıb.
Müharibənin şiddətlənməsi Ukrayna taxıl dəhlizi razılaşmasını təhdid edir, bununla əlaqədar olaraq buğdanın qiyməti son üç ayın ən yüksək səviyyəsinə çatıb. Bazar ertəsi Çikaqoda buğda fyuçersləri 7,9 faiz bahalaşıb.
Qarğıdalı fyuçersləri 3,4 faiz bahalaşaraq iyunun 21-dən bəri ən yüksək bağlanış qiymətinə çatıb.
Bayden administrasiyası Putinin daha çox raket zərbələri endirə biləcəyini açıqlayıb, Ukraynanı hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyinə söz verib. ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında aparılmış danışıqla bağlı Ağ Evin bəyanatında deyilir: “Prezident Bayden Ukraynaya lazım olan dəstəyi, o cümlədən qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyini vəd edib”. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.