Rusiya və Ukrayna arasında müharibənin ərzaq və enerji bazarlarına təzyiqi davam edir. Eyni zamanda, Çininin karantin tədbirlərini yumşaltması ilə tələb canlanıb. Bunlar ilə əlaqədar olaraq əmtəə qiymətlərində yeni rekord qeydə alınıb.
FED.az xəbər verir ki, 23 əmtəənin daxil olduğu Bloomberg Əmtəə İndeksi 1,9 faiz artaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bu ilin əvvəlindən bu yana indeks 36% artıb. Bu, son 10 ildə qeydə alınan ən sürətli artımdır.
Yeni rekorda tədarük problemlərinin hiss olunduğu təbii qaz və buğda kimi əmtəllərin bahalaşması daha çox təsir göstərib.
İndeksin alt indekslərinə baxsaq, enerji qiymətlərindəki sürətli artım diqqət çəkir. Bu il enerji indeksi 92 faiz artıb. Beləliklə, 1992-ci ildən bəri ən sürətli artım bu alt indeksdə qeydə alınıb.
Kənd təsərrüfatı əmtəə alt indeksi isə ilin əvvəlindən bu yana 24 faiz artıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.