Əmtəə bazarında diqqət çəkən məhsullardan biri olan düyü bu günlərdə müsbət dinamika ilə gündəmə gəlib.
İnvestorlar əyləci basdı: TESLA SƏHMLƏRİ KƏSKİN UCUZLAŞDI!
FED.az xəbər verir ki, bir sentner (100 funt) üçün düyünün qiyməti 13.4950 ABŞ dollarına çatıb. Bu, əvvəlki günlə müqayisədə 0.3200 dollar və ya 2,43% artım deməkdir. Günlük bu qədər əhəmiyyətli artım, bazarda bu məhsula yönəlmiş marağın və ehtiyacın yüksəldiyini göstərir.
Düyünün qiyməti yalnız günlük deyil, aylıq və həftəlik müqayisələrdə də artım meyli göstərir. Son bir həftə ərzində düyü 1,05% bahalaşıb, aylıq artım isə 7,10% təşkil edir. Bu göstəricilər onu deməyə əsas verir ki, düyü bazarında bahalaşma artıq qısa müddətli təsadüf yox, davamlı bir trendə çevrilməkdədir.
Bununla belə, ilin əvvəlindən bu yana düyü qiymətində 3,78% azalma müşahidə olunub. Daha uzunmüddətli perspektivə nəzər saldıqda isə illik müqayisədə düyünün dəyəri 25,85% aşağı düşüb. Yəni, qlobal bazar son ayda bu məhsul üzrə müəyyən dirçəliş yaşasa da, uzunmüddətli baxışda hələ də itki vəziyyətindədir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.