14 noyabr 2019-ci il tarixində Bakı Fond Birjasında “Embafinans” MMC-nin 1 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bakı Fond Birjasından FED.az-a daxil olmuş məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olmuşdur. Sifarişlər 5 investor tərəfindən təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 523 min manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 14 noyabr 2020-ci ildir.
“Embafinans”MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir.