Əfqanıstan milli valyutası da dollar qarşısında davam gətirə bilmədi.
FED.az xarici mediaya istinadən xəbər verir ki, bu gün birjalarda 1 Afgani 74 dollara ticarət edilib. Bu, son 15 ildə ən yüksək göstəricidir.
Kabil Valyutaçılar Birliyinin mətbuat koordinatoru Məcid Əhmədzadə də bu barədə açıqlama verib. Bildirib ki, dollar tarixi rekordu təzələyib.
Qeyd edək ki, dünən Əfqanıstanın sərbəst bazarında 1 Agani 73.60 dollara ticarət edilib. Bankın dollar satışını azaltmasının kursun yüksəlməsinə gətirib çıxardığını deyən M. Əhmədzadə bununla ərzaq məhsullarının qiymətinin bahalaşdığını söyləyib.
Əfqan valyutası 15 ilin ən yüksək ucuzlaşmasını gördü
22:35
5 Sen 2018