Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 100 min manat dəyərində dövlət qiymətli kağızlarına sahib olduqda müvəqqəti yaşamaq üçün icazə veriləcək.
Əcnəbilərə Azərbaycanda yaşamaq üçün - İCAZƏ ŞƏRTLƏRİ DƏYİŞİR
FED.az xəbər verir ki, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsində əksini tapıb.
Belə ki, yeniliklə nominal dəyəri azı 100 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda müvəqqəti yaşamaq üçün icazə verilməsi nəzərdə tutulur.