Qlobal əmtəə bazarlarında bir çox kənd təsərrüfatı məhsulları dalğalı qiymətlərlə gündəmdə olsa da, düyü səssiz-sədasız yüksəliş trendinə daxil olub.
İranla İsrailin gərginliyi qızılı alovlandırıb - SON QİYMƏT
FED.az xəbər verir ki, son göstəricilərə görə, düyünün 1 sentneri (100 funt) 13.77 ABŞ dolları səviyyəsinə çatıb. Bu da günlük +0.25%, aylıq isə +8.51% artım deməkdir.
Həftəlik artım 1.10%, illik dəyişiklik isə -22% olsa da, son ayda müşahidə edilən yüksəliş investorlarda və tədarük zəncirində iştirak edənlərdə qismən nikbinlik yaradıb. Xüsusilə Cənub-Şərqi Asiyada hava şəraitinə bağlı təchizat riskləri və bəzi ölkələrin ihracat məhdudiyyətləri qiymətlərin yüksəlməsində mühüm rol oynayır.
Düyü qiymətlərinin sürətlə yüksəlməsi bir çox ölkədə ərzaq inflyasiyası baxımından təzyiqləri artırma potensialı daşıyır. Bəzi analitiklərə görə, əgər bu trend davam edərsə, yaxın aylarda 14–15 dollar aralığı real hədəf ola bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.