Dünyanın ən böyük hedc fondu olan Bridgewater Associates, 2024-cü ilin üçüncü rübündə Nvidia-nın 1,8 milyon səhmini sataraq, bu şirkətdəki payını 4,8 milyona endirib. Nvidia səhmləri ilin ilk doqquz ayında 145% bahalaşıb, lakin dördüncü rübdə yalnız 14% artım göstərib.
XRP 3-cü ən böyük kriptovalyuta oldu
FED.az xəbər verir ki, eyni zamanda fond, Super Micro Computer-in 1,45 milyon səhmini alaraq, bu şirkətdəki payını 1,61 milyona çatdırıb. Super Micro-nun səhmləri ilin əvvəlindən 46% yüksəlib, lakin dördüncü rübdə 22% ucuzlaşıb.
Bridgewater həmçinin Palantir Technologies-in 437 min səhmini alıb və ümumi payını 523 minə yüksəldib. Palantir səhmləri il ərzində 117%, dördüncü rübdə isə 80% bahalaşıb.
AMD səhmlərində isə 11%-lik artım qeydə alınsa da, dördüncü rübdə 16% geriləmə müşahidə edilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.