Dünya şirkətləri arasında səhmləri ən çox bahalaşıb gəlir gətirən səhmlər açıqlanıb.
FED.az xəbər verir ki, «Bloomberg» agentliyi Cənubi Koreyanın «Ecopro Co» şirkətinin səhmlərini dünyada ən gəlirli səhm kimi tanıyıb.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
Dünyada ən yüksək gəlirli səhmlər 2023-cü ilin əvvəlindən demək olar ki, 600% artmış Cənubi Koreyanın aparıcı ikinci dərəcəli akkumulyator istehsalçısı «Ecopro Co» şirkətinin səhmləridir. «Bloomberg» bildirirki, «Ecopro Co» şirkətinin səhmləri bu il 571% gəlir gətirərək, reytinqdəki 2647 şirkətin hamısını inamla üstələyib.
İlin əvvəlində – 2023-cü il yanvarın 2-də «Ecopro Co»nun səhmlərinin qiyməti 110 min koreya vonu olduğu halda 19 dekabrda bu qiymət 727 min vona yüksəlib – il ərzində 6,6 dəfə artıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. |
Reytinqdə ikinci yeri Cənubi Koreyanın elektromobil akkumulyatorları üçün elementlər istehsal edən «Kum Yang Co» şirkətinin qiymətli kağızları tutub. Bu ilin əvvəlindən onun səhmlərinin gəlirliliyi 350%-dən çox olub.
Bu ilin əvvəlində – 2023-cü il yanvarın 2-də «Kum Yang Co»nun səhmlərinin qiyməti 23 450 koreya vonu olduğu halda 19 dekabrda bu qiymət 115 900 vona yüksəlib – ilin əvvəlindən 4,9 dəfə yüksəlib.
Agentlik bildirir ki, Cənubi Koreyalı treyderlərin akkumulyatorla bağlı bütün şirkətlərə olan çılğın pərəstişi bu sahədəki şirkətlərin səhmlərinin bahalaşmasına səbəb olub.
«Ecopro Co»nun səhmlərinin bahalaşmasının da səbəbi, akkumulyatorlara tələbatın artması ilə yanaşı, onun səhmlərinin böyük gəlir gətirməsi olub. Nəticədə hamı bu səhmləri almağa cumub.
Artıq yayda bu şirkətin səhmlərinin gəlirliyi 500%-ə yaxın idi.
Nəticədə şirkətin bazar dəyəri də kəskin artaraq 14 milyard dollara yüksəlib.
Doğrudur, qiymətlər iyul ayındakı pikdən aşağıdır və hazırda bu şirkətin səhmlərinin «alış»ı ilə bağlı tövsiyə yoxdur, yalnız «saxlamaq» və «satış» tövsiyəsi var.
Maraqlıdır ki, «Ecopro» qurucusu Li Dong hazırda həbsdədir, o insayder ticarətinə görə həbs edilib. Amma həbsdə olmasına baxmayaraq «Ecopro»nun səhmlərinin kəskin abahalaşması onun və ailəsinin də sərvətini artırıb.
Bloomberg Billionaires Index-ə görə, Li Dong və ailəsinin sərvətləri bu il təxminən 3,3 milyard dollar artaraq 3,6 milyard dollara çatıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.