Dünyanın ən zəngin 21 milyarderi ilin əvvəlindən 9,3 milyard dollarlıq səhm satıb.
“Apple”ın bazar qiyməti - 3 TRİLYON DOLLARI KEÇDİ
FED.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Uğurlu səhm satıcılarına Rob Uolton, Joe Gebbia və Larri Ellison daxildir.
"Forbes" tərəfindən siyahıya alınan ən böyük sövdələşmələrdən biri Rob Uoltonun pərakəndə satış şirkəti "Walmart"ı 1,1 milyard dollara satmasıdır. Gebbia "Airbnb"ni 890 milyon dollara, Larri Ellison isə "Oracle Corporation"ı 850 milyon dollara satıb.
Jurnal son bir ildə siyahıdakı milyarderlərin demək olar ki, yarısının yoxsullaşdığını təxmin edir. Sərvətin bu cür azalmasına misal olaraq təxminən 40 milyard dollar itirmiş İlon Maskı göstərmək olar. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.