İyunun 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,05% – 32,899.70 bəndədək, S&P 500 indeksi 1,63% – 4,108.54 bəndədək, Nasdaq indeksi isə 2,47% – 12,012.73 bəndədək enib.
FED.az xəbər verir ki, Avropa fond bazarlarında iyunun 3-də ticarət əməliyyatları aparılmayıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,24% azalaraq 1,0719 dollar təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.