Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,91 dollar və ya 1,96% azalaraq 45,63 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,54 dollar və ya 0,98% azalaraq 54,37 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.