Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,21 dollar və ya 0,33% artaraq 63,08 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,18 dollar və ya 0,25% artaraq 72,80 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.