Qlobal qida qiymətləri, mayda aylıq müqayisədə 1,2% artıb, illik müqayisədə isə 1,9% düşüb.
FED.az "Marja"ya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət 5 əsas qida maddəsinin qiymətlərinin və ticarətinin izlənməsi ilə hazırlanan Qida Qiyməti İndeksi, mayda aprel ayı ilə müqayisədə 1,2% artaraq 172,4 bənd təşkil edib. İndeks, keçən ilin eyni ayı ilə müqayisədə 1,9% düşüb.
Qida Qiyməti İndeksindəki artıma pis hava şəraiti səbəbilə artan pendir və qarğıdalı qiymətləri təsir göstərib. İndeks, may ayındakı artımla ardıcıl 5-ci dəfə artıb.
Süd Qiyməti İndeksi aylıq müqayisədə 5,2% artıb və 5 ilin ən yüksək səviyyəsinə çatıb. Bu artım, pendir qiymətlərindəki yüksəliş və güclü qlobal idxal tələbindən qaynaqlanıb.
Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiymət İndeksi, qarğədalı qiymətlərindəki ani dalğalanma səbəbilə mayda bir əvvəlki ayla müqayisədə 1,4% yüksəlib. Bu dövrdə düyü qiymətləri sabit qalıb, buğda qiymətləri geriləyib.
Ət Qiymət İndeksi mayda aylıq müqayisədə 0,2% artarkən, Bitki mənşəli Yağ Qiymət İndeksi eyni dövrdə 1,1%, Şəkər Qiymət İndeksi 3,2% düşüb.