Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti dəyişib.
FED.az xəbər verir ki, 1 buşel qarğıdalının qiyməti 0,50 sent 0,13% artaraq 373,75 sent və ya 1 kiloqram qarığdalının qiyməti 13,84 sent olub.
1 buşel buğdanın qiyməti 4,25 sent və ya 0,92% azalaraq 458 sent və ya 1 kiloqram buğdanın qiyməti 16,96 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,20 sent və ya 0,26% artaraq 75,70 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,66 dollardır.
Birjalarda qızılın qiyməti azlıb. Qızılın 1 unsiyasının qiyməti 3,11 dollar (0,24%) azalaraq 1 299,29 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Dünya bazarında qızılın qiyməti azalıb
09:20
18 Mart 2019