Birjalarda bəzi kənd təsərrüfatı məhsullarının qiyməti azalıb.
FED.az xəbər verir ki, 1 buşel qarğıdalının qiyməti 0,25 sent 0,07% azalaraq 382,75 sent və ya 1 kiloqram qarığdalının qiyməti 14,18 sent olub.
1 buşel buğdanın qiyməti 3,50 sent və ya 0,69% azalaraq 507 sent və ya 1 kiloqram buğdanın qiyməti 18,78 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,15 sent və ya 0,21% artaraq 71,86 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,58 dollar olub.
Birjalarda qızılın qiyməti artıb. Qızılın 1 unsiyasının qiyməti 9,92 dollar (0,76%) artaraq 1 322,49 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Dünya bazarında qızılın qiyməti artıb
10:33
16 Fev 2019