Birjalarda kənd təsərrüfatı məhsularının qiyməti azalıb.
FED.az xəbər verir ki, 1 buşel qarığdalının qiyməti 8,50 sent və ya 2,33% azalaraq 356,25 sent və ya 1 kiloqram qarığdalının qiyməti 13,19 sent olub.
1 buşel buğdanın qiyməti 4 sent ( 0,78%) azalaraq 509 sent və ya 1 kiloqram buğdanın qiyməti 18,85 sent təşkil edib.
1 funt pambığın qiyməti 1,35 sent (1,74%) azalaraq 76,37 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,68 dollar olub.
Birjalarda qızılın qiyməti artıb. Qızılın 1 unsiyasının qiyməti 8,05 dollar (0,68%) artaraq 1 190,88 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
Dünya bazarında qarığdalının qiyməti azalıb
10:30
29 Sen 2018