Birjalarda bəzi kənd təsərrüfatı məhsullarının qiyməti azalıb.
FED.az xəbər verir ki, 1 buşel qarığdalının qiyməti 0,25 sent və ya 0,07% azalaraq 381,75 sent və ya 1 kiloqram qarığdalının qiyməti 14,14 sent olub.
Eləcə də bax: Dünya bazarlarında – NEFTİN QİYMƏTİ
1 buşel buğdanın qiyməti 0,25 sent və ya 0,05% azalaraq 519,75 sent və ya 1 kiloqram buğdanın qiyməti 19,25 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,24 sent və ya 0,33% artaraq 73,37 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,61 dollar olub.
Birjalarda qızılın qiyməti artıb. Qızılın 1 unsiyasının qiyməti 2,43 dollar (0,19%) artaraq 1 295,99 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Dünya bazarında pambıq bahalaşıb
09:32
10 Yan 2019