Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti dəyişib.
FED.az xəbər verir ki, 1 buşel qarğıdalının qiyməti 1,50 sent 0,41% artaraq 368 sent və ya 1 kiloqram qarığdalının qiyməti 13,63 sent olub.
1 buşel buğdanın qiyməti 5 sent və ya 1,12% artaraq 452,25 sent və ya 1 kiloqram buğdanın qiyməti 16,75 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,10 sent və ya 0,13% azalaraq75,62 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,66 dollara enib.
Birjalarda qızılın qiyməti azlıb. Qızılın 1 unsiyasının qiyməti 5,27 dollar (0,40%) azalaraq 1 303,85 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Dünya bazarında buğdanın qiyməti artıb
09:43
14 Mart 2019